Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yorulmaz fəaliyyət, qətiyyətli siyasət ​ ​

0

  •           Bu gün Azərbaycan bütün sahələrdə mühüm uğurlara imza atmaqdadır. Müharibədən yenicə çıxmış, eyni zamanda iqtisadiyyatı çökdürən pandemiyanı geridə qoymuş bir ölkə üçün bu kimi hallar bütün dünya tərəfindən təqdir edilir, müsbət bir tendensiya kimi rəğbətlə qarşılanır. Ölkədə bu irəliləyişin baş verməsinin əsas səbəblərindən biri və ən başlıcası Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi yol və onu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyidir. Son üç ildə Azərbaycan Prezidentinin həyata keçirdiyi taleyüklü işləri sadalamaqla bitirmək mümkün deyildir. Təsəvvür edin ki, təkcə pandemiyadan sonrakı dövrdə öz iqtisadiyyatını normallaşdırmaqda çətinlik çəkən, iqtisadi böhranın nəticələrini aradan qaldıra bilməyən bir çox dünya ölkələri Azərbaycanın bu inkişafı qarşısında heyrətlərini gizlədə bilmirlər. Həm də digər dövlətlərdən fərqli olaraq ölkəmiz torpaqlarımızı uzun illər işğal altında saxlayan mənfur düşmənə qarşı mübarizə apararaq bu çətin dövrdə onları məğlub etməyə də nail olub. Bu Azərbaycanın necə bir güclü dövlətə çevrilməsini əyani şəkildə sübut edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​        Qeyd olunan bütün bu işləri həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yorulmadan, gecəsini gündüzünə qataraq çalışır. Ölkə Başçısı bir yandan işğaldan azad edilmiş ərazilərdə vaxtilə erməni vandalları tərəfindən dağıdılıb talan edilmiş infrastrukturun, kənd və qəsəbələrin sürətlə bərpa edilib Böyük Qayıdışın tezliklə təmin edilməsi işlərinə nəzarət edir, bir yandan tez - tez xaricə səfərlər edib dünyanın bir çox ölkələri ilə ölkə iqtisadiyyatının inkişafına töhfələr verəcək müqavilələr bağlayır, digər yandan isə ölkə daxilində həyata keçirilin sosial - iqtisadi layihələrin vəziyyəti ilə tanış olmaq üçün ölkədaxili səfərlər edir. Butün bunlar onu göstərir ki, Azərbaycanda görülən heç bir iş Prezident İlham Əliyevin diqqətindən kənarda qalmır və bu işlərin yerinə yetirilməsinə o, daim qətiyyətli addımlar atır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Aprelin 18 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva Neftçala və Salyan rayonlarına səfər etmişlər. Onlar qeyd olunan rayonlarda tikintisi başa çatmış bir çox infrastruktur və digər obyektlərin açılış mərasimlərində iştirak etmişlər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Neftçala rayonunda Olimpiya İdman Kompleksinin, Nərə yetişdirmə müəssisəsinin, məktəb binasının, bir çox yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının, Salyan rayonunda isə Salyan rayon Mərkəzi Xəstəxanasının, Salyan rayon ASAN xidmət mərkəzinin və digər obyektlərin açılışlarında iştirak etmişlər. Hazırkı dövrdə əsas diqqətin işğaldan azad edilmiş ərazilərin bərpasına yönəlməsinə baxmayaraq bu bölgədə bu qədər işlərin görülməsi olduqca heyrətamiz müsbət bir haldır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Səfər zamanı Azərbaycan Prezidenti yerli jurnalistlərə müsahibə vermişdir. O, bir daha jurnalistləri regionda gedən siyasi proseslər barədə məlumatlandırmış, görülən işlərdən söhbət açmışdır. Bilirik ki, Ölkə Başçısı üçün əsas prioritet məsələlərdən biri də Qfqazda sülhün təmin edilməsi prosesidir. Regionda dayanıqlı sülhün təmin olunması üçün əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasında sülhün yaranmasıdır. Bunun üçün birinci növbədə Azərbaycan - Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesləri tezliklə həyata keçirilməli, hər iki tərəf bir - birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşmalı, bir - birlərinin müstəqilliklərini tanımalıdırlar . Təəssüflər olsun ki, ermənilərin sərgilədikləri qeyri - konstruktiv mövqe nəticəsində qeyd olunan proseslər ləngiyir. 10 noyabr bəyanatında öz əksini tapmış Zəngəzur dəhlizi də məhz ermənilərin günahı ucbatından hələ də açılmamışdır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidenti qeyd etmişdir ki, Ermənistan tərəfi nə qədər bu prosesi uzatmağa çalışsa da bu bölgəyə sülh gələcəkdir. Proseslərin ləngiməsi Ermənistanın öz vəziyyətini daha çox ağırlaşdırır . Azərbaycan Respublikasının Prezidenti bir daha ölkəmizin Şərqi Zəngəzur bölgəsində məskunlaşan erməni əsilli Azərbaycan vətəndaşlarına səslənərək ölkə qanunlarına tabe olaraq yaşamalarını tövsiyə etmişdir. Əks təqdirdə onlar bu əraziləri tərk etmək məcburiyyətində qalacaqlar. Hər bir Azərbaycan vətəndaşı ölkə qanunlarına hörmətlə yanaşmalı və həmin qanunların vətəndaşlara verdikləri hüquq və azadlıqlardan yararlanmalı, üzərinə düşən vəzifələri isə sözsüz yerinə yetirməlidir. Ümumiyyətlə, Ölkə Başçısı cənab İlham Əliyevin atdığı bütün addımlar Azərbaycan vətəndaşlarının daha yaxşı, daha firavan yaşamasına xidmət edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Ziya Əliyev,​Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib95 dəfə
    Yorulmaz fəaliyyət qətiyyətli siyasət

    Maraqlı gələ bilər
    22
    44
    60